Çinin "XPeng" şirkəti uçan avtomobili təqdim edib, uçuş müddəti 35 dəqiqəyədək çatır
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin "XPeng" şirkəti gələcəyin nəqliyyat texnologiyalarını Kolumbiyada nümayiş etdirib.
Boqotada keçirilən Beynəlxalq Avtomobil Sərgisində şirkətin ikiyerli uçan avtomobilinin – X2 modelinin prototipi və insanabənzər robotu təqdim olunub.
Səkkiz pərlə təchiz edilən aparat şaquli istiqamətdə havaya qalxıb enə bilir. O, 1000 metrədək hündürlük fərqini qət etmək və 35 dəqiqəyədək havada qalmaq imkanına malikdir.
Şirkətin nümayəndəsi Santyaqo Salasar bu modeli gələcəyin "ağıllı hərəkət" konsepsiyasının ilk addımı kimi qiymətləndirib.
Uçan avtomobil üçün ilkin sifarişlər artıq Çin və Birləşmiş Ərəb Əmirliklərində qəbul edilir. İlk tədarüklərin 2027-ci ildə başlanması planlaşdırılır.
Sərgi ziyarətçiləri yeni texnologiyaları böyük maraqla qarşılayıblar. Onların fikrincə, uçan avtomobillər gələcəkdə yollardakı nəqliyyat sıxlığının azalmasına da kömək edə bilər.
#Çin teqi istifadə olunub
- ABŞ, Rusiya və Çin arasında razılaşma: Təsir dairələri yenidən bölünəcək? - AKTUAL GÜNDƏM
- Pekin və Moskva hansı məsələlərdə Trampa qarşı çıxa bilər? - Baku TV
- Robotlar jurnalistlərə qəhvə və dondurma hazırlayıb
- Çində ənənəvi əriştə ustalarının yarışı keçirilib
- Beş ay kosmik radiasiyaya məruz qalan bioloji materiallar araşdırılacaq
