Pleyeri seçin:

Çıxış yolunu süni intellektdə axtaran gənclər | Alimləri narahat edən səbəblər

09 aprel 2025 593 baxış

“Microsoft” texnoloji korporasiyası və Karnegi Mellon Universitetinin amerikalı alimləri narahatedici tendensiya aşkar ediblər. Onların gəldikləri qənaətə görə, generativ süni intellektin aktiv istifadəsi tənqidi düşüncəni və müstəqil problem həlli bacarıqlarını zəiflədə bilər. Tədqiqat “Microsoft”un rəsmi saytında dərc edilib.

Əldə edilən məlumatlar biznes, təhsil və İT sahələrində çalışan 319 intellektual işçinin sorğu nəticələrinə əsaslanır.

Araşdırmalar göstərib ki, süni intellekt alətlərindən istifadə halları zamanı 40 %-də iştirakçılar tənqidi təhlil etmədən tamamilə neyron şəbəkənin nəticələrinə güvəniblər. Bu tendensiya xüsusilə rutin tapşırıqlar yerinə yetirərkən daha aydın şəkildə müşahidə edilib, burada istifadəçilər öz mülahizələri əvəzinə süni intellektə kor-koranə etibar etməyə üstünlük veriblər.

Alimləri ən çox gənc nəsillə bağlı vəziyyət narahat edir. Məsələn, tələbələr esse yazmaq üçün süni intellektdən aktiv istifadə edərək müstəqil təhlildən yayınırlar. Onlar arasında neyron şəbəkələrdən asılılıq formalaşır ki, bu da “Google effekti” adlanan, hər cür kiçik səbəbə görə axtarış sistemlərindən istifadə etmək vərdişinə bənzəyir.

Tədqiqatçılar süni intellektdən istifadədə şüurlu yanaşmanın, avtomatlaşdırma və müstəqil qərar vermə arasında balansın qorunmasının, tənqidi düşüncə praktikasının və təhsil proseslərinə diqqətlə yanaşmağın zəruriliyini vurğulayıblar.

Banner
H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

Texnologiya
24 oktyabr 2026 593 baxış
Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Texnologiya
22 oktyabr 2026 593 baxış
İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

Texnologiya
20 oktyabr 2026 593 baxış
Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Texnologiya
14 oktyabr 2026 593 baxış
Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Texnologiya
11 oktyabr 2026 593 baxış
Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Texnologiya
08 oktyabr 2026 593 baxış
Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Texnologiya
02 oktyabr 2026 593 baxış
Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Texnologiya
02 oktyabr 2026 593 baxış
Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Texnologiya
30 sentyabr 2026 593 baxış
Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Texnologiya
29 sentyabr 2026 593 baxış
Seçilmişlər
icon