“Onlarla işləyərkən maksimum ehtiyatlı olmaq lazımdır” | Mustafa Süleyman
"ChatGPT"nin "Hugging Face" startapının sisteminə müdaxilə etməsi bütün texnologiya sənayesi üçün ciddi xəbərdarlıqdır.
Bunu "Microsoft"un süni intellekt bölməsinin rəhbəri və "Google DeepMind"ın həmtəsisçisi Mustafa Süleyman bildirib.
Onun sözlərinə görə, bu texnologiyalar son dərəcə güclü alətlərdir və onlarla işləyərkən maksimum ehtiyatlı olmaq lazımdır.
"Detallara xüsusi diqqət yetirmək vacibdir. Süni intellekt modellərinin davamlı olaraq inkişaf etdiyini nəzərə alsaq, baş verən bu insident özünəməxsus bir xəbərdarlıq siqnalı sayılmalıdır", – deyə Mustafa Süleyman bildirib.
Bununla yanaşı, "Microsoft"un təhlükəsizlik üzrə rəhbəri Hayet Qallot vurğulayıb ki, şirkətin süni intellekt tərəfindən həyata keçirilə biləcək kiberhücumlara qarşı müdafiə sistemlərinin yaradılmasına sərmayə qoymaqdan başqa alternativi yoxdur.
#Süni intellekt teqi istifadə olunub
- Texnologiya nəhənglərinin süni intellektə yatırımları 1 trln. dolları ötüb
- Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV
- “ChatGPT”nin təhlükəli maddələrin hazırlanmasına dair təlimat verdiyi iddia olunur
- ABŞ-də şirkətlər süni intellekt xərclərini azaltmağa çalışır
- Maskdan bəşəriyyəti narahat edən proqnoz | Gələcəkdə hansı ixtisaslara ehtiyac qalmayacaq? - Baku TV
