"OpenAI" biometrik yoxlamalı sosial şəbəkə yaratmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"OpenAI" şirkəti botların qarşısını almaq üçün istifadəçilərin biometrik verifikasiyasını nəzərdə tutan yeni sosial şəbəkə üzərində çalışır.
Bu barədə "Forbes" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, layihə yalnız real insanlar üçün nəzərdə tutulan virtual platforma kimi planlaşdırılır və "OpenAI"ın əsas məqsədi sosial şəbəkələrdə botların geniş yayılması problemini aradan qaldırmaqdır.
"Forbes"in yazdığına görə, layihə hələ ilkin mərhələdədir və onun üzərində 10 nəfərdən az mütəxəssisdən ibarət kiçik komanda çalışır. Şirkət istifadəçilərin təsdiqlənməsi üçün biometrik üsulların tətbiqi imkanlarını araşdırır. Bu məqsədlə "Apple" şirkətinin "Face ID" üz tanıma texnologiyasından və ya "World" startapının gözün irisinin skan edilməsi alətindən istifadə variantları nəzərdən keçirilir.
Nəşrin fikrincə, yeni platformanın "X", "Instagram" və "TikTok" kimi nəhəng sosial şəbəkələrlə rəqabət aparması asan olmayacaq. Bununla belə, platformada yalnız real istifadəçilərin olması "OpenAI" üçün ciddi rəqabət üstünlüyü yarada bilər.
#OpenAI teqi istifadə olunub
- Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər
- Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək
- Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV
- Süni intellektin nəzarətdən kənarda yaranma ehtimalı
- Süni intellekt şirkətindən tarixi addım
