Pekin dünya lideri oldu | Yeni dövrün internetinin özəllikləri nələrdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın 10G bağlantısı olan ilk şəhəri elan edilib.
“Huawei” və “China Unicom” Pekinin Syunan rayonu ətrafında 10G şəbəkəsinin istifadəyə verildiyini bildirib.
10G genişzolaqlı şəbəkənin tətbiqi dünyanın aparıcı 50G PON həllinə əsaslanır. Fiber optik giriş şəbəkəsinin əsas arxitekturasını təkmilləşdirməklə istifadəçiyə düşən ötürmə qabiliyyəti ənənəvi gigabit səviyyəsindən 10G-yə qədər yüksəlir və şəbəkə gecikməsi millisaniyəlik səviyyəyə endirilir.
Sınaq zamanı istifadəçilər 9834 Mbit/s yükləmə sürətinə nail olublar. Bu rəqəmlərlə 8K filmlərin yüklənməsi bir neçə saniyə çəkir.
Qeyd edək ki, 10G texnologiyasının istifadəsi bulud yaddaşı, virtual və əlavə reallıq kimi yüksək ötürmə qabiliyyəti tələb edən proqramların inkişafı üçün əsas yaradır.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
