Pleyeri seçin:

"WhatsApp"la göndərilən viruslar barədə həyəcan təbili | Hücumlardan necə qorunaq?

27 fevral 2025 586 baxış

"WhatsApp" messencerində "virusa yoluxma" əvvəllər linkə keçid etmək və ya fayl yükləmək yolu ilə baş verirdi. Yeni virus isə telefona avtomatik olaraq daxil ola bilər.

Rusiyada kibertəhdidlərin araşdırılması mərkəzinin texniki direktoru Aleksey Vişnyakov məlumat verib ki, bunun üçün potensial qurbanın telefon nömrəsini bilmək kifayətdir.

"Zərərli proqram avtomatik yüklənən PDF faylları vasitəsilə ötürülür. Buna görə cihazı qorumaq üçün parametrlərdə sənədlərin avtoyüklənməsini söndürmək lazımdır", − deyə o bildirib.

Ekspert bildirib ki, adi smartfon istifadəçisinin "zero-click" hücumu (virusun linklərə keçid etmədən, fayl yükləmədən və ya cihaza yükləndiyi hal) nəticəsində yoluxmanı aşkar etməsi asan deyil.

"Lakin hücumçuların səhvləri zərərli kodun varlığını aşkar etməyə imkan verir. Məsələn, eksploitin sistemin və ya messencerin versiyası ilə uyğunsuzluğu zamanı istifadəçi cihazla qarşılıqlı əlaqədə olarkən əvvəllər işləyən tətbiqin açılmaması, smartfonun ekran toxunuşlarına daha yavaş reaksiya verməsi, "Parametrlər" menyusunun bəzi bölmələrinin açılmaması, tətbiqlər menyusunda formaların, simvolların dəyişdirilməsi, ya da tipik görünüşə malik olması kimi anomaliyalarla rastlaşa bilər. Bundan başqa, smartfon vaxtaşırı istifadəçiyə tanış olmayan proqrama əlavə icazələr vermək üçün sorğular göstərə bilər", − deyə mütəxəssis izah edib.

Çox vaxt "zero-click" hücumlarındakı zərərli kod hakerlərin smartfonlarda daimi mövcudluğunu təmin etmir və cihazın sadəcə yenidən yüklənməsi zərərli koddan xilas olmağa imkan verir. Bəzi hücum ssenarilərində isə sistemi zavod parametrlərinə sıfırlamaqla bərpa etmək mümkündür.

Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Aktiv müdafiə texnologiyası planetimiz üçün “qalxan”a çevriləcək

Texnologiya
16 iyun 2026 586 baxış
Süni intellekt şirkətindən tarixi addım

Süni intellekt şirkətindən tarixi addım

Texnologiya
14 iyun 2026 586 baxış
“İKT ixracı potensialının 1 milyard dollara çatdırılmasını hədəfləyirik” | Fərid Osmanov

“İKT ixracı potensialının 1 milyard dollara çatdırılmasını hədəfləyirik” | Fərid Osmanov

Texnologiya
09 iyun 2026 586 baxış
Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Bakıda “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Texnologiya
04 iyun 2026 586 baxış
Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Şirkət süni intellekt sahəsi üçün 80 milyard dollar ayırmağı planlaşdırır

Texnologiya
04 iyun 2026 586 baxış
ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

ABŞ və Çinin iki nəhəng şirkəti birgə robot hazırlayacaq?

Texnologiya
04 iyun 2026 586 baxış
Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Hər kəsi maraqlandıran suala süni intellekt şirkətinin rəhbərindən cavab

Texnologiya
02 iyun 2026 586 baxış
Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Yeni üsul insanları dəqiqliklə tanımağa imkan verəcək

Texnologiya
25 may 2026 586 baxış
Süni intellektə qarşı narazılıqlar niyə artır?

Süni intellektə qarşı narazılıqlar niyə artır?

Texnologiya
21 may 2026 586 baxış
Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Ünsiyyətin azlığı münasibət qurmağı çətinləşdirir?

Texnologiya
19 may 2026 586 baxış
Seçilmişlər
icon