Pleyeri seçin:

Yapon alimlərinin yeni cihazı hər kəsi təəccübləndirdi | Tədqiqatdan gözlənilməz nəticələr

09 aprel 2025 499 baxış

Yapon alimləri səs dalğaları vasitəsilə mərkəzi sinir sistemindəki tarazlıq problemləri ilə mübarizə aparmaq üçün innovativ metod hazırlayıblar.

İnsanlar və siçanlar üzərində sınaqdan keçirilən bu texnologiya bir dəqiqəlik təsirdən sonra yüksək effektivlik göstərib.

Tədqiqat "Environmental Health and Preventive Medicine" elmi jurnalında dərc olunub.

"Sound spice" adlı cihaz daxili qulaqda tarazlıq hissinə cavabdeh olan otolit orqanlarını stimullaşdıran 100 Hz tezlikli səs dalğalarını yaradır.

"Bu səs titrəyişləri vestibulyar sistemi aktivləşdirir. Bu da bədənin hərəkətə daha yaxşı uyğunlaşmasına kömək edir və narahatlığı azaldır", ‒ deyə professor Maşaşi Kato izah edib.

Eksperimentlər zamanı iştirakçılar hərəkət edən nəqliyyat vasitələrində oxudular, sürücülük simulyatoru istifadə etdilər və sallancaqda sallandılar.

Səs stimulyasiyasının istifadəsi başgicəllənməni və ürəkbulanmanı azaldıb, simpatik sinir sisteminin tənzimlənməsini yaxşılaşdırıb, uşaq və böyüklərdə ürəkbulanma ilə başgicəllənməyə qarşı müqaviməti artırıb.

Alimlər səsin səviyyəsinin adi fon səsə uyğun olduğunu qeyd edərək həm uşaqlar, həm də böyüklər üçün heç bir yan təsirinin olmadığını qeyd ediblər.

Araşdırıcılar bu texnologiyanı müxtəlif nəqliyyat vasitələrinə, o cümlədən təyyarələrə və dəniz gəmilərinə uyğunlaşdırmağı planlaşdırırlar. Bu kəşf səyahət zamanı problem yaşayan milyonlarla insana kömək edə bilər.

Banner
H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir

Texnologiya
24 oktyabr 2026 499 baxış
Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Simsiz mikroskop siçanların beynində neyronların fəaliyyətini qeydə alacaq

Texnologiya
22 oktyabr 2026 499 baxış
İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur

Texnologiya
20 oktyabr 2026 499 baxış
Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Yeni süni intellekt çipi məlumat emalı imkanlarını 40 faiz artıracaq

Texnologiya
14 oktyabr 2026 499 baxış
Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Smartfonlarda bu funksiya niyə hələ də vacibdir?

Texnologiya
11 oktyabr 2026 499 baxış
Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir

Texnologiya
08 oktyabr 2026 499 baxış
Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb

Texnologiya
02 oktyabr 2026 499 baxış
Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Yeni texnologiyaların cinayətkarlıqda istifadəsi təhlükəli həddə çatır

Texnologiya
02 oktyabr 2026 499 baxış
Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Süni intellektdən istifadə aldığımız məlumatların müxtəlifliyinə necə təsir edə bilər?

Texnologiya
30 sentyabr 2026 499 baxış
Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Mütəxəssislər avtonom süni intellekt sistemlərinin risklərinə diqqət çəkirlər

Texnologiya
29 sentyabr 2026 499 baxış
Seçilmişlər
icon