18 il üstü açılmayan cinayətin dəhşətli detalları | Hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 21 il əvvəl taksi sürücüsünü öldürən Bəxtiyar Dadaşov və İlham Məmmədovun cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib.
Sözügedən qətlin üstünün açılması barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2021-ci il dekabrın 17-də birgə məlumat yayıb və bildirilib ki, 2003-cü il dekabrın 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bəxtiyar Dadaşov və İlham Məmmədov quldurluq niyyəti ilə taksi sürücüsü 1954-cü il təvəllüdlü Ramiz Əmirovu boğaraq öldürüblər və meyitini avtomobildə qoyub, hadisə yerindən uzaqlaşıblar.
Keçirilən əməliyyat-istintaq tədbirlərinə baxmayaraq, ölüm işi 18 il ərzində bağlı qalıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar Dadaşov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
