Pleyeri seçin:

198 saat sonra... | FHN əməkdaşları zəlzələdə xilas etdikləri Türkiyə sakinlərindən danışdı

06 fevral 2025 296 baxış

2023-cü ilin 6 fevralında qardaş ölkə Türkiyədə “Əsrin fəlakəti” baş verdi. Həm Türkiyə, həm də Azərbaycan səhərini faciə ilə açdı. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak oldu, 107 213 nəfər isə müxtəlif xəsarətlər aldı.

Xəbəri eşidər-eşitməz Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin mərhələdə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə ezam olundu. Xilasedicilərimiz gecə-gündüz demədən dağıntılar altında yalvarışlarla çırpınan insanları qurtarmaq üçün əllərindən gələn fədakarlığı göstərdilər.

Baku TV-yə danışan xilasedicilər dağıntılar altından xilas edilən insanların gözlərindəki sevincin onlara qürur verdiyini söyləyiblər.

“Zəlzələdən bir neçə saat sonra Fövqəladə Hallar Nazirliyinin bütün qüvvə və vasitələri hazır vəziyyətə gətirilərək Türkiyənin Adana şəhərinə, oradan da xüsusi texnikalarla Kahramanmaraş şəhərinə yola düşdü. İlk günlər hətta növbəni təhvil verən şəxsi heyət hadisə yerində qalaraq xilasetmə işini davam etdirirdi. 198 saat sonra iki gənc oğlanın dağıntılar altından çıxarılması qürurverici bir hal kimi yaddaşımızda qaldı”, – FHN xilsedicisi Ruslan Pirəlizadə söyləyib.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 296 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 296 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 296 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 296 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 296 baxış
Seçilmişlər
icon