Pleyeri seçin:
30 il sonra qalıqları tapılan şəhid Arif İmaməliyev dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
1994-cü ildə Kəlbəcərin Susuzluq kəndində gedən döyüşlər zamanı şəhid olan Arif İmaməliyev Gəncədə yerləşən kimsəsizlər məzarlığında dəfn edilib.
30 ildən sonra meyitin qalıqlarının eyniləşdirilməsi prosesi zamanı onun şəxsiyyəti müəyyən edilib və nəşi ailəsinə təhvil verilib.
Şəhidin bacısı Kəmalə Mövsümova həm sevincli, həm də kədərli olduğunu bildirib:
“Sevinirik ona görə ki, ən azından ziyarət yerimiz olacaq. Sağ olsun, dövlətimiz, bayrağımız, uzun illərdən sonra bizi qovuşdurdu”.
Qeyd edək ki, Arif İmaməliyevin nəşi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Kopyalandı
