Pleyeri seçin:

31 ildir taleyi naməlum olan Natiq Qasımov

05 oktyabr 2023 458 baxış

30 ildən artıqdır doğmaları ondan xəbər gözləyir. Bu illər ərzində yaxınlarına onun yandırlıdığı, əzab işgəncə ilə öldürülüdüyü, hətta sağ olması barədə xəbərlər gəlib.

Söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanır. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirir.

Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Ailənin son beşiyi bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.

Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olurlar. Daha sonra Xocalı sakinlərinin azad edilməsi üçün Natiq təslim olur.

“Dəstədə 7 nəfər olublar. Ermənilər tərəfindən edilən hücumlar nəticəsində 6 nəfər şəhid olub, bir Natiq qalıb. Kilsədə 5 gün döyüşüb. Ermənilər elə bilib ki, kilsədə böyük dəstə var. Xocalı sakinlərindən istifadə edərək Natiqin təslim olmasını istəyiblər”, – deyə Natiq Qasımovun qardaşı Nofəl Qasımov qeyd edib.

Ailəsi Natiqin sağ qalması və 1 milyon manat pul müqabilində doğmalarına qovuşması haqda xəbərlər alır. 30 il öncə Gürcüstanda yaşayan bir nəfər ailəyə ümid verir. Amma bu da öz təsdiqini tapmır. Nofəl Qasımov qardaşının qatillərindən olan Vitali Balasanyanın tezliklə Natiqin yeri və ya qətlə yetirildiyi barədə məlumat verəcəyinə inandığını deyir.

“Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqırımında da iştirak edib”, – Nofəl Qasımov bildirib.

Doğmaları onu indi yalnız yuxularda görür, xəyallarda yaşadırlar. Mingəçevirdə yerləşən Şəhidlər xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 458 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 458 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 458 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 458 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 458 baxış
Seçilmişlər
icon