Pleyeri seçin:

32 ekoloji təşkilat Ermənistana qarşı

29 iyun 2023 626 baxış

Bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar.

Bəyanatda deyilir: “Ermənistanın Azərbaycanla həmsərhəd bölgəsində – Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-nin birgə layihəsi olan metallurgiya zavodu yeni ekoloji fəlakətə səbəb olacaq və buna görə də biz öz narahatlıqlarımızda həmrəyik. Bu irimiqyaslı metallurgiya zavodunun yaradılması beynəlxalq səviyyədə qəbul edilən standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyasının Konvensiyası – Espo Konvensiyasında ifadə edilənlərlə açıq şəkildə ziddiyyət təşkil edir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ortaya qoyur və bu məsələlər transsərhəd bir neçə dövlətə təsir etdiyi halda beynəlxalq danışıqların zəruriliyini vurğulayır”.

Bəyanat müəlliflərinin qənaətinə görə Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunan Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

“Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalayan dövlətlərdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir”.

Bəyanatda qeyd edilir ki, Arazdəyəndə belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər.

“Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcək. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün onun suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır. İçməli su təchizatına zərər insan sağlamlığına və su təhlükəsizliyinə zərər deməkdir və bu da sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Böyük ehtimalla bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər”.

Bəyanat müəllifləri ABŞ-ni bu riskləri qəbul etməyə və Arazdəyəndə metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırır. Eyni zamanda Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını təcili tədbirlər görməyə və həmin zavodun yaradılmasına etiraz etməyə səsləyirlər. Onların fikrincə, zavodun tikintisi, Ermənistanın ekoloji vəziyyətinə də ciddi mənfi təsir göstərəcək. Sənədi Azərbaycan, ABŞ, Böyük Britaniya, Braziliya, Argentina, Yaponiya, Türkiyə, Hindistan, Pakistan və digər ölkələrdən 32 vətəndaş cəmiyyəti təşkilatı imzalayıb.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 626 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 626 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 626 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 626 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 626 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 626 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 626 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 626 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 626 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 626 baxış
Seçilmişlər
icon