Pleyeri seçin:

42 milyon manat kreditdən xəbərim olmayıb | "Şlyapa Zahid" hakim qarşısında

07 noyabr 2024 578 baxış

Külli miqdarda mənimsəmədə ittiham olunan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən Zahid Niftəliyevin vəkili Əli Adığözəlovun suallarını cavablandırmaqla davam edib.

Zahid Niftəliyev “AtaBank”da onun adına rəsmiləşdirilən 42 milyon manat kreditlə bağlı məsələyə aydınlıq gətirərək vurğulayıb ki, o, belə kreditdən ümumiyyətlə xəbərsiz olub. Kreditin onun adına rəsmiləşdirilməsindən isə keçmiş vergilər naziri Fazil Məmmədovun dünyasını dəyişdikdən sonra xəbəri olduğunu deyib. Z.Niftəliyev Nəcməddin Sadıkovun göstərişi ilə sadəcə müqavilələrə imza atdığını bildirib.

Kredit götürülən müddətdə Z.Niftəliyevin adından banka müxtəlif vaxtlarda müəyyən məbləğlərin ödənilməsi məsələsinə isə aydınlıq gətirərək bildirib ki, onun banka hər hansı bir borcun ödənilməsindən xəbəri olmayıb.

“Mənim adıma saxta şirkət açaraq əməliyyatlar aparıblar. Bunu hansı vicdansız edibsə, o da cavab versin”, – deyə Z.Niftəliyev qeyd edib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin olunub.

Banner
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 578 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 578 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 578 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 578 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 578 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Seçilmişlər
icon