Pleyeri seçin:

MN-in sabiq əməkdaşı “Şlyapa Zahid” məhkəmədə bankın əməkdaşları ilə üz-üzə gəldi

28 noyabr 2024 861 baxış

Külli miqdarda mənimsəmədə ittiham olunan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə qarşı iddiaçı olan bankın pulköçürmə əməliyyatlarında iştirak edən əməkdaşları şahid qismində ifadə veriblər.

Şahid Xamis Süleymanov “Atabank”ın əməkdaşı olduğunu təsdiqləyərək təqsirləndirilən Zahid Niftəliyevi şəxsən tanımadığını bildirib. O, pulköçürmə əməliyyatları zamanı hər hansı müştərini görmədiyini vurğulayaraq, xəzinədən vəsaitlərin çıxarılmasında iştirak etməsinə baxmayaraq, Zahid Niftəliyevə ayrılan puldan xəbərinin olmadığını deyib.

Şahid ifadəsi zamanı həmçinin qeyd edib ki, bankda onun əsas vəzifəsi ayrılan vəsaitlərin terminallara yüklənməsi və təhvil-təslimi olub:

“Zirzəmidə iki seyf olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulub, ikinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verilibsə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb, Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra etmişəm”.

Prosesdə şahid qismində ifadə verən növbəti xəzinədar Xəyyam Süleymanov isə bildirib ki, təqsirləndirilən Zahid Niftəliyevi tanıyır:

“Bir neçə dəfə məhkəmələrdə və bankda görmüşəm. Mən bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Həmin çekdə 7 milyon yazılıb. Bu şəxs çeki imzalayıb. Sonra mən həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, onunla başqa ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram”.

Təqsirləndirilən Zahid Niftəliyev isə şahidi tanımadığını, “allahın varsa düzünü danış” deyərək onu yalan danışmaqda ittiham edib.

Məhkəmənin növbəti prosesi dekabrın 18-nə təyin edilib.

Banner
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 861 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 861 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 861 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 861 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 861 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 861 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 861 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 861 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 861 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 861 baxış
Seçilmişlər
icon