Pleyeri seçin:

42 milyon manatı mən yox… | ”Şlyapa Zahid”in məhkəməsində qalmaqallı məsələ

02 avqust 2024 473 baxış

Müdafiə Nazirliyinin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə ilk məhkəmə baxış iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçrilən prosesin ilkin mərhələsində təqsirləndirilən şəxsin vəkili şahid kimi ifadə verməsi zəruri olan şəxslərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətlə çıxış edib. Həmin şəxslərdən biri də Müdafiə Nazirliyinin keçmiş Baş Qərərgah rəisi Nəcməddin Sadıkovdur.

Dövlət ittihamçısı Elvin Mirzəyev isə öz növbəsində bildirib ki, istintaq orqanı tərəfindən çoxsaylı şahidlərin ifadəsi alınıb.

Həmçinin əlavə edib ki, əsas şahidlər dindiriləndən sonra zərurət yaranarsa, əlavə şahidlərin dindirilməsi məsələsinə baxıla bilər. O, hazırkı mərhələdə vəsatətlərin təmin olunmamasını istəyib.

Yerində müşavirə keçirən hakimlər qərar qəbul edərək vəkilin vəsatətində qaldırılan məsələlərin, sübutların araşdırılması mərhələsi ilə bağlı olduğunu bildiriblər. Bu səbəbdən də vəsatətlər baxılmamış saxlanılıb.

İş üzrə zərərçəkmiş qismində tanınmış bankın nümayəndəsi Zahid Niftəliyevə qarşı mülki iddia qaldırıb. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Zahid Niftəliyev ittihamlarla razı olmadığını, 42 milyon manatı başqa şəxslərin mənimsədiyini əsas gətirərək özünü təqsirli bilmədiyini deyib.

Növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin olunub.

Banner
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 473 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 473 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 473 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 473 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 473 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 473 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 473 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 473 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 473 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 473 baxış
Seçilmişlər
icon