Yoğurtdan ötrü ürəyi gedənlərə pis xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Kəskin mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə yoğurt istehlak etmək tövsiyə edilmir. Bu barədə rusiyalı diyetoloq-nutrisioloq Sofiya Kovanova bildirib.
Mütəxəssis yoğurtun hansı hallarda sağlamlıq üçün zərərli ola biləcəyini izah edib.
"Əgər süd zülallarına qarşı dözümsüzlüyünüz varsa, laktozasız yoğurtlara üstünlük verməyinizi tövsiyə edirəm. Mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşdiyi dövrdə, eləcə də qida zəhərlənməsi zamanı yoğurt yemək və ya içmək məsləhət görülmür", – deyə o bildirib.
Kovanovanın sözlərinə görə, xəstəliyin kəskin mərhələsində yoğurtun tərkibindəki şəkər və dadlandırıcılar bağırsaqlarda fermentasiya prosesini gücləndirə, qaz əmələ gəlməsinə və qarın ağrılarına səbəb ola bilər.
Diyetoloq əlavə edib ki, yoğurtun tərkibində olan aromatizatorlar və rəngləndiricilər kimi süni əlavələr mədənin iltihablanmış selikli qişasını daha da qıcıqlandıra və narahatlığı artıra bilər.
#Həkim məsləhəti teqi istifadə olunub
- Kardioloq təzyiq ölçərkən nəticəni dəyişən yayğın səhvləri açıqladı
- Həkim quru meyvələrin normadan artıq qəbul edilməməsini tövsiyə edir
- Fiziki aktivlik yuxusuzluqdan sonra beynin fəaliyyətini gücləndirir
- C vitamini çox verilsə... | Sağlamlığa zərər verən "faydalı" vasitələrlə bağlı xəbərdarlıq - Baku TV
- Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?
