5 ölkə hərbçiləri Qazaxıstanda birgə təlimə başlayır | MN məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib.
İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb.
Sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar. Ərazi ilə tanışlıq zamanı şəxsi heyət təlimatlandırılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb və təlim haqqında təfsilatlı məlumat verilib.
Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə keçiriləcək yarışın əsas mərhələsi iyulun 13-də baş tutacaq.
#Birləşdik-2024 təlimi teqi istifadə olunub
- 5 ölkənin birgə hərbi təlimi başa çatdı | "Birləşdik - 2024"
- "Birləşdik - 2024"dən anbaan görüntülər | Hərbçilərin yüksək peşəkarlığı
- Hərbçilərə Qazaxıstanda tapşırıqlar verildi | MN-dən görüntülər
- Qazaxıstanlı həmkarı Zakir Həsənovu qarşıladı | Səfərdən ilk görüntülər
- Azərbaycanın hərbi pilotları Qazaxıstanda | “Birləşdik - 2024”dən anbaan görüntülər
