5 yaşından zibillikdə qalan xəstə oğlanı atası niyə atıb? - Ailəsi ilə üzləşdi | ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
"Arzunun vaxtı" verilişinin növbəti buraxılışı cəmiyyəti sarsıdan bir insan taleyinə həsr olunub. 20 yaşlı Fərid Vlasov 5 yaşından bəri küçələrdə, zibilliklər ətrafında sağ qalmaq mübarizəsi aparır. Anasının narkotik asılılığı səbəbindən dilənməyə məcbur edildiyini, atasının isə onun ürək qüsuru olduğunu bildikdən sonra övladından imtina etdiyini deyən gənc, yaşadığı dəhşətli günləri bölüşüb. Ukraynada xeyriyyəçi bir iş adamı tərəfindən əməliyyat olunsa da, hazırda antisanitar vəziyyətdə, yarımtikilidə yaşayan Fəridin taleyi bununla da bitmir. O, zibil yığaraq qazandığı az miqdarda pulun oğurlanması üçün məhəllə uşaqları tərəfindən döyülüb və ülgüclə boyun nahiyəsindən yaralanıb. Materialda Fəridin ailəsi ilə üzləşməsi, cəmiyyətin biganəliyi və bir gəncin məhv olan uşaqlığı barədə sarsıdıcı faktlar yer alır.
