513 azərbaycanlı Türkiyədən təxliyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Zəlzələ baş verən gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.
Zəlzələnin baş verdiyi bölgələrdə təxliyə prosesi davam edir. Eyni zamanda zəlzələ bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycana təxliyə olunmaq niyyətində olmayan vətəndaşlarımızın diqqətinə çatdırılır ki, zərər görmüş əraziləri tərk etmək istəyənlər üçün müvafiq vilayətlərdə jandarma bölmələri tərəfindən təxliyə məntəqələri yaradılıb.
Bu məntəqələrə müraciət edənlərin Türkiyənin təhlükəsiz bölgələrinə təxliyəsi qardaş ölkənin aidiyyəti qurumları tərəfindən ən uyğun hesab edilən vasitələrlə təmin edilir. Fəlakət bölgəsini fərdi nəqliyyat vasitələri ilə tərk etmək istəyənlər ərazini tərk etmədən öncə yerlərdəki təxliyə məntəqələrini bununla bağlı xəbərdar etdikdən sonra təyinat şəhərlərindəki sığınacaq məntəqələrinə istiqamətləndiriləcəklər.
Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Şahin Vəliyevin vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
