60 yaşım var, evdə iki xəstəm var... | Müəllimlər nazirliyin bu qərarına sərt etiraz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda yerləşən “Evdə fərdi təhsil məktəbi”nin müəllimləri təhsil ocağının rəsmi qərar olmadan bağlanmasına etiraz edirlər.
Şikayətçilər deyirlər ki, məktəbin müəllimləri digər təhsil müəssisələrinə yerləşdiriləcək və bununla razılaşmayan pedaqoqlar işdən çıxarılacaqlar.
“Dövlət məktəbini bağlayırlar. Müəllimlərin 20 faizini saxlayıb, 80 faizini isə işsiz qoyurlar. Mən bu yaşda harada işləməliyəm?!”, – deyə müəllimlərdən biri etirazını bildirib.
“60 yaşındayam, evimdə iki xəstə var. Bu yaşdan sonra evdə oturub onlara necə baxım?!”, – başqa bir müəllim narazılığını ifadə edib.
Müəllimlərin narazılığına Elm və Təhsil Nazirliyi münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunur ki, bu addım dərslərin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədi daşıyır.
“Məqsəd dərslərin keçirilməsinin keyfiyyətinə məktəb rəhbərliyi tərəfindən nəzarətin daha effektiv həyata keçirilməsini təmin etməkdir. Bu proses “Evdə fərdi təhsil məktəbi”nin pedaqoji heyətinin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Çünki müəllimlərimiz işlə təmin olunacaqlar”, – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.
Qeyd edək ki, məktəbin bağlanması müvafiq qurumlarla razılaşdırılıb və qərar bu il yox, növbəti tədris ilindən keçərlidir.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
