8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi haradan başlayır?
Yeniliklərdən dərhal xəbərdar olun
8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
İlk dəfə 1857-ci il martın 8-də ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməyə başlayıb. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdıb.
Hadisədən uzun müddət sonra Klara Setkinin təklifi ilə 8 mart tarixi 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub. Bu tarixi gün mahiyyət etibari ilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilir. Ölkəmizdə tarixən qadınlara böyük dəyər verilib. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə, ümumən dünyada qadınlara seçmə və seçilmə hüququ tanıyan ilk və azsaylı dövlətlərdəndir.
#Beynəlxalq Qadınlar Günü teqi istifadə olunub
- Fransa səfiri Azərbaycan dilində xanımları təbrik etdi | "Bu hadisələri filmə çevirəcəyəm" - Baku TV
- "Məfrəş" - Kəlbəcərin irsi mədəniyyət və yaradıcılıq festivalı keçirilib - Baku TV
- Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib - Baku TV
- Azərbaycan qadınları əsl azadlığı istəyir, yoxsa...? | Elmir Əkbərdən açıqlama
- 8 Mart xüsusi gün, yoxsa qadın məhsullarının satış günü? - BAKU AKTUAL
