996 itkinin ailəsi ilə danışıldı: BQXK-dən hesabat
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.
Komitədən bildirilib ki, həmin müddətdə məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün 24 başçəkmə həyata keçirilib.
Eyni zamanda 13 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.
Bundan başqa, 1500 xəbərdarlıq nişanı minalanmış əraziləri işarələmək üçün Minatəmizləmə Agentliyinə ianə edilib.
Eyni zamanda vurğulanıb ki, komitə texniki tövsiyələrini bölüşməkdə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib. 6 ay müddətində 4068 şəxs həyat şəraitinə dəstək olmaq üçün icra edilən layihələrdən bəhrələnib.
#İtkin düşmüş şəxslər teqi istifadə olunub
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Azərbaycanlı deputat erməni həmkarına cavabında mühüm məsələlərə toxundu - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV
