Abşeronda yol və işıqlandırma problemi | Məmmədli sakinlərinin narazılığı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeni yaşayış massivinin sakinləri uzun illərdir yol və küçələrin işıqlandırılması ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirirlər.
Sakinlərin sözlərinə görə, ərazidə yollar yararsız vəziyyətdədir, yağışlı havalarda isə palçıq səbəbindən hərəkət demək olar ki, mümkünsüz olur. Küçə işıqlandırma sisteminin olmaması gecə saatlarında təhlükəni daha da artırır.
Sözügedən problemlər isə 20 ildən artıqdır ki, mövcuddur. Sakinlərin iddiasına görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək məsələnin həlli istiqamətində ciddi addım atılmayıb.
Mövcud vəziyyət xüsusilə yaşlılar, uşaqlar və avtomobillə hərəkət edən sakinlər üçün çətinlik yaradır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yerli özünüidarəetmə orqanlarının büdcələri imkan verdikcə kənd ərazisində yolların abadlaşdırılması işləri həyata keçirilir:
“Buna baxmayaraq, küçələrin asfaltlanması həm Abşeron RİH, həm də yerli bələdiyyə tərəfindən daimi diqqətdə saxlanılır və bu işlər mərhələli şəkildə həyata keçirilir. Qeyd edilən küçə də qurumun gələn il üçün Tədbirlər Planına daxil edilib və abadlaşdırılması nəzərdə tutulub”.
#Yol problemi teqi istifadə olunub
- "Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV
- "Evimizə qonaq gələndə utanırıq" | Qubanın asfaltsız qalan küçələri nə vaxt düzələcək? - Baku TV
- “Elə indi ustaya gedirəm bunlara görə” | Buzovna sakinləri şikayət etdi - Baku TV
- Buzovna sakinləri yolun vəziyyətindən narazıdır | Məsələ nə zaman öz həllini tapacaq? - Baku TV
- Pirşağıda acınacaqlı yol problemi | Bakı Abadlıq Xidməti məsələni necə açıqladı? - Baku TV
