Pleyeri seçin:

“Adam iyrənir, bütün mikrobdur, baxan yoxdur” | Köhnə avtobuslar nə vaxt dəyişdiriləcək? - Baku TV

31 mart 2026 480 baxış

Ölkəmizdə gedişhaqqının artmasına baxmayaraq, bəzi avtobuslarda xidmət səviyyəsi hələ də qənaətbəxş deyil.

Son günlər müşahidə olunan yağıntılar bu nəqliyyat vasitələrinin istifadəyə yararsız olduğunu bir daha göstərib.

Vətəndaşların sözlərinə görə, köhnə avtobuslardan istifadə artıq təhlükəli hal alıb.

“Elə avtobus var ki, 5-6 oturacağı yoxdur”, “Yağışlı havalarda avtobusda oturmaq mümkün deyil. Oturacaqlar suyun içində olur”, – deyə sərnişinlər narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində 2025-ci il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib, ölkə üzrə isə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib:

“2026-cı ildən xüsusi “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması və daşıyıcılarla “brutto-müqavilə” sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində işlər aparılır”.

Banner
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Aşmaq üzrə olan ağac təhlükəli vəziyyət yaradıb

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

"8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 480 baxış
Seçilmişlər
icon