Aeroportda 20 pasportlu şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hava Yolları"nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda dekabrın 22-si saat 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Belə ki, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib. Habelə pasportlara baxış keçirən zaman Serbiya Respublikasının saxta vizaları da aşkar edilib.
Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
#Heydər Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- "Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV
- "Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV
- Milli Qurtuluşun siyasi anatomiyası: xaosdan idarə olunan dövlətə keçid - AKTUAL GÜNDƏM
- Azərbaycanda iqtisadi dinamika | ABŞ-Azərbaycan tərəfdaşlığında yeni mərhələ - YENİ BİR SƏHƏR
