Ağdamda həyata keçirilən layihələr hansılardır? | Sakinlər üçün bütün şərait yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində həyata keçirilən yenidənqurma işləri barədə reportaj hazırlayıb.
Qeyd edilib ki, təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin oktyabrın 4-də qoyulan kənddə hazırda genişmiqyaslı quruculuq işləri aparılır.
Sarıcalıda əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, sosial-iqtisadi müəssisələr də qurulub.
Həmçinin burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
14 sinif otağı olan 360 şagird yerlik Sarıcalı kənd tam orta məktəbində təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, eləcə də akt və idman zalları yaradılıb.
Sarıcalıda artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
