Ağdamda mina partladıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda ANAMA tərəfindən minatəmizləmə işləri sürətlə davam etdirilir. Ərazilərdən aşkarlanan mina və partlamamış hərbi sursatlar tam zərərsizləşdirilir.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə də start verilib:
“Hazırda bununla bağlı seçim aparılır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanlardan uğurla keçən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar”.
Ermənilər 30 il ərzində yaşayış massivləri ilə yanaşı, həm də strateji əhəmiyyətli obyektlərin olduğu ərazilərə mina və hərbi sursatlar basdırıb. Həmin ərazilərdən biri də “Xaçın beton suvarma kanalı”nın keçdiyi ərazidir ki, bura da işğal dövründə erməni vandallığına məruz qalıb.
Əlavə edək ki, axtarış prosesinə canlı qüvvə və xüsusi texnikalarla yanaşı, minaaxtaran itlər də cəlb edilib.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
