Ağzı açıq "lyuk"lar sürücülərə təhlükə yaratdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın bəzi küçə və prospektlərində sürücülər təhlükəli yol şəraiti ilə üzləşirlər.
Hərəkət zamanı qəfil qarşılarına ağzıaçıq lük və ya dərin çalalar çıxır. Nəticədə, çuxura düşən avtomobillər ciddi texniki zərər görür.
“Həftədə bir dəfə təkər dəyişirik. Çuxura düşürük, təkər yararsız vəziyyətdə qalır”, – deyə sürücülərdən biri narazılığını bildirib.
Bəs bu kimi hallarda sürücüyə dəymiş ziyanı kim ödəməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, məsuliyyət yol sahəsinə nəzarət edən qurumun üzərinə düşür:
“Sürücülər üçün aydın və təhlükəsiz yol şəraiti təmin olunmalıdır. Bu, müvafiq dövlət qurumlarının borcudur”.
Ekspert həmçinin bildirib ki, sürücü bu cür vəziyyətlə qarşılaşıbsa, avtomobilinə ziyan dəyibsə, məhkəməyə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
#Yol problemi teqi istifadə olunub
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
