Aidiyyəti qurumlara dedik, baxmadılar | İsmayıllıda çarəsiz qalan kənd sakinləri danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Diyallı kəndində baş vermiş torpaq sürüşməsindən sonra evləri qəzalı vəziyyətə düşən və daha sonra yeni evlə təmin edilən sakinlər yol və su problemindən əziyyət çəkirlər.
Sakinlərin sözlərinə görə, nə kəndin demək olar ki, bütün ərazisində olan çınqıllar daşınır, nə də tullantılar təmizlənir.
Onlar deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, mövcud problemlər həllini tapmır.
“Qış olanda su donur. Gedib başqasından qablarla gətirməli oluruq. Artezian var, amma bizə su gəlmir”, – deyə sakinlər narazılıq bildiriblər.
Baku TV-nin çəkiliş qrupu məsələni aydınlaşdırmaq üçün kənd bələdiyyəsinə yollanıb.
Bələdiyyənin səlahiyyətlərini icra edən şəxsin başqa kənddə olduğunu deyən icra nümayəndəsi vətəndaşları narahat edən problemlərə belə cavab verib:
“Kəndin bələdiyyəyə 15 min manat borcu var. Bələdiyyə dövlət büdcəsindən maliyyələşmir. Vətəndaş bir manat da vəsait ödəmirsə, bələdiyyə küçələri hansı büdcə ilə düzəltsin?!”.
#Yol problemi teqi istifadə olunub
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
