Akademik Zərifə Əliyevanın doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyidir.
O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılan traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib.
Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Averbax adına mükafatına layiq görülüb. Z.Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. O, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.
#Zərifə Əliyeva teqi istifadə olunub
- Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür - Baku TV
- Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdı - Baku TV
- Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV
- Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümündə İrpendə poliklinikanın açılışı olub
- Görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasından 102 il keçir
