Akrobatika, şou və rəngarəng nömrələr: "Sehrli payız" beynəlxalq sirk proqramı - Baku TV
Bakıda “Sehrli payız” adlı beynəlxalq sirk proqramının nümayişinə başlanılıb.
Su İdman Sarayının yanında qurulan nəhəng şapitoda təqdim olunan proqram hava gimnastikası, akrobatik nömrələr, təlim keçmiş heyvanların iştirakı ilə çıxışlar və interaktiv kloun şousunu əhatə edir.
Tamaşanı izləməyə uşaqlarla yanaşı, valideynlər də gəliblər. Proqramda Almaniya, Qazaxıstan, Rusiya və Qırğızıstandan olan sirk artistləri çıxış edirlər.
Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev bildirib ki, proqram hazırlanarkən tamaşaçıların istəkləri nəzərə alınıb.
“Bizim sorğularımızda tamaşaçılar xüsusilə akrobatika, hava gimnastikası və interaktiv kloun çıxışlarına maraq göstərirdilər. Məhz buna görə proqramda adrenalin və həyəcan dolu akrobatik nömrələrə geniş yer ayırmışıq”, – deyə o qeyd edib.
Nahid Ağayevin sözlərinə görə, tamaşaçılarla ünsiyyət quran və onları şounun bir hissəsinə çevirən kloun çıxışları da proqramın əsas elementlərindəndir. Tamaşanın finalında isə atıcı taxtalar üzərində akrobatik nömrələr təqdim olunacaq.
Qeyd edək ki, “Sehrli payız” proqramı oktyabrın 11-dən noyabrın 22-dək davam edəcək.
#Bakı Dövlət Sirki teqi istifadə olunub
- Beynəlxalq ulduzların iştirakı ilə şou təqdim edildi
- "Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV
- Bakı Dövlət Sirki iki ildən sonra geri döndü | Avropanın şapito-sirki tamaşaçılara təqdim olunub
- Bakıda möhtəşəm beynəlxalq sirk şousu təşkil olunub
- Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama
