Alimlər genetika ilə bağlı elə şey açıqladı ki... | Mədəni ənənələrin təsiri araşdırıldı
Vanderbilt Universitetinin alimləri müəyyən ediblər ki, ilk dilimiz və genlərimiz arasındakı əlaqə mədəni ənənələrdən təsirlənir.
Tədqiqatçılar dünyanın hər yerindən əhaliyə dair məlumatları tədqiq ediblər. Məlum olub ki, ənənələr dillərin və genlərin nəsillər arasında necə ötürülməsinə təsir göstərə bilir.
Xüsusilə Afrikanın bəzi yerlərində uşaqların analarının ailəsinin əhatəsində böyümək ehtimalı daha yüksəkdir. Onların dili analarının nəslindən keçən genlərlə daha sıx bağlıdır.
Bütün regionlar üçün qlobal qanun yoxdur, çox şey yerli xüsusiyyətlərdən asılıdır. Belə ki, insanlar dünya ətrafında hərəkət etdikcə onların genləri və dili eyni vaxtda təkamül edir.
Bununla belə, kişi və qadınların miqrasiya yolları tez-tez fərqlənir, hər bir mədəniyyətdə genetika və dil arasında unikal əlaqələr yaradır.
Alimlərin fikrincə, tək genetika insanın təkamülünün bütün hekayəsini izah edə bilməyəcək, lakin onun dillər və ənənələr haqqında məlumatlarla birləşməsi bu prosesi daha yaxşı başa düşməyə imkan verəcək.