Pleyeri seçin:

Alimlər ünsiyyətin vacibliyini açıqladı

19 avqust 2026 250 baxış

Alimlər müəyyən ediblər ki, aktiv ünsiyyət beynin daha sağlam qocalması ilə əlaqəlidir. Ətrafdakılarla daha çox ünsiyyətdə olan yaşlı insanlarda koqnitiv funksiyaların zəifləməsi daha yavaş baş verir.

Bu barədə araşdırma "Alzheimer's & Dementia" jurnalında dərc olunub.

Tədqiqatçılar ABŞ-də yaşayan yaşlı insanların iştirak etdiyi böyük sağlamlıq və qocalma monitorinqi layihəsi olan "National Health and Aging Trends Study"nin məlumatlarından istifadə ediblər.

Mütəxəssislər iştirakçıların sosial aktivlik səviyyəsini, beyin strukturunun vəziyyətini nəzərə alaraq, koqnitiv funksiyalardakı dəyişikliklərlə müqayisə ediblər.

Məlum olub ki, insan nə qədər çox ünsiyyətdə olarsa, koqnitiv göstəricilər bir o qədər müsbət olur. Başqa sözlə, yaşla əlaqədar yaddaş və təfəkkürün zəifləməsi orta hesabla daha ləng gedir.

Müəlliflərin fikrincə, sosial aktivlik beyinə eyni vaxtda bir neçə istiqamətdə müsbət təsir göstərə bilər. Belə ki, ünsiyyət zehni fəaliyyəti stimullaşdırır, stresi azaldır və ümumilikdə daha sağlam həyat tərzi ilə əlaqələndirilir.

Tədqiqat müşahidə xarakteri daşıyır və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr ünsiyyətin beyin üçün faydaları ilə bağlı əvvəlki araşdırmaların nəticələri ilə üst-üstə düşür.

Alimlər müntəzəm sosial əlaqələri yaşlı dövrdə koqnitiv sağlamlığın qorunması üçün əlçatan üsullardan biri kimi qiymətləndirməyi təklif edirlər.

Banner
“Ev deyil, quş yuvasıdır!” | Ailə kömək istəyir | “3 ailə utana-utana 1 otaqda yaşayırıq” - Baku TV

“Ev deyil, quş yuvasıdır!” | Ailə kömək istəyir | “3 ailə utana-utana 1 otaqda yaşayırıq” - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 250 baxış
Beyin sağlamlığını qorumağın əsas yolları | Hansı qidalar faydalıdır, nələr zərərlidir? - BAKU MED

Beyin sağlamlığını qorumağın əsas yolları | Hansı qidalar faydalıdır, nələr zərərlidir? - BAKU MED

Cəmiyyət
24 oktyabr 2026 250 baxış
Ailəni çətin vəziyyətdə qoyan problem | Övladını müalicə etdirmək istədi, amma... - Baku TV CANLI

Ailəni çətin vəziyyətdə qoyan problem | Övladını müalicə etdirmək istədi, amma... - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 250 baxış
Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 250 baxış
Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 250 baxış
Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Cəmiyyət
23 oktyabr 2026 250 baxış
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 250 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 250 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 250 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 250 baxış
Seçilmişlər
icon