Alimlərdən inqilabi addım | Onkoloji xəstəliklərə qarşı yeni müalicə üsulu
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayıblar.
Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının demək olar ki, “antitumor” təsiri olduğunu müşahidə etmək mümkün olub. Sözün əsl mənasında 24 saatdan sonra xərçəng şişi kiçilməyə başlayır və 10 gündən sonra demək olar ki, tamamilə yoxa çıxır.
Alimlər yalnız dəri xərçəngindən əziyyət çəkən xəstələrdə bunu sınayıblar. Lakin Qlazqo və Stratklayd universitetlərindən bir qrup tədqiqatçı əmindir ki, E vitamini ekstraktı digər xərçəng şişlərinə qarşı da təsirli olacaq. Bu vitamin orqanizmin xəstəliklərlə mübarizə aparması üçün lazımdır.
Qeyd edək ki, taxıl çörəyi, bitki yağları, yaşıl tərəvəzlər və yumurta kimi qida məhsulları, eləcə də xurma, kokos yağı, arpa və buğda rüşeymi E vitamini ilə zəngindir.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- “Həkim bilirdi ki...” | Dişini çəkdirən qadın xərçəng oldu | Bakıda dəhşət - Baku TV
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
