ANAMA ermənilərin minaladığı ərazi ilə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
“2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin əməliyyat rəhbəri Habil Babayev deyib.
“Horadiz kəndi düşmən tərəfindən həddindən artıq minalarla çirkləndirilib. Ərazinin yaşayış məntəqəsinə düşməsi, müəyyən çətinliklər yaradır. Düşmən 2020-ci ildə çəkilərkən kəndin həm cənub, həm də cənub-qərb hissəsini çoxsaylı minalarla çirkləndirib. Kənd ərazisinin artıq 70-80 faizi minalardan təmizlənib. Yaxın günlərdə digər sahələrin də təmizlənib istifadəçilərə verilməsi nəzərdə tutulur”, – o bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 157 min mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.
#Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Azad torpaqlarda təhlükəsiz həyat üçün genişmiqyaslı əməliyyat davam edir - Baku TV
- ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
