Pleyeri seçin:

Anar Məmmədli və İmran Əliyev işində yeni detallar üzə çıxdı

05 may 2024 615 baxış

Cinayət Məcəlləsinin “qaçaqmalçılıq” maddəsi ilə həbs olunan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədlinin çevrəsi tərəfindən adının çox hallandırılmaması və özünü arxa planda göstərməyə çalışmasına baxmayaraq, onu “qrant maqnatı” adlandırmaq olar.

Anar Məmmədli uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin vəsaitləri əsasən Gürcüstanın “TBC” bankında öz adına açılmış hesablar vasitəsilə nağdlaşdıraraq Azərbaycana gətirilməsi işinə rəhbərlik edib.

Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çoxsaylı qrant layihələri hazırlayıb.

Müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.

Məlum olub ki, o, təkcə 2021-2024-cü illərdə başqa-başqa ölkələrdə yerləşən təşkilatlardan ümumilikdə 1 milyon 441 min 200 manat məbləğində qrant vəsaitləri əldə edib.

Anar Məmmədli bununla kifayətlənməyib, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.

Anar Məmmədlinin tövsiyə məktublarını hazırladığı şəxslərdən biri “Meclis.info” platformasının rəhbəri İmran Əliyevdir. O, Anar Məmmədlinin qurduğu qrantalma və pulyuma mexanizmindən ən çox faydalanan şəxslərdən biridir.

Belə ki, İmran Əliyev Anar Məmmədlinin vasitəsi və tövsiyəsi ilə vaxtaşırı müxtəlif xarici qrant layihələrində iştirak edib, çoxsaylı donor təşkilatlarından əldə etdiyi vəsaitləri özünün Gürcüstandakı “TBC Bank” hesabı vasitəsilə nağdlaşdırıb, müxtəlif şəxslər vasitəsilə Azərbaycan ərazisinə gətirilməsini təmin edib.

İmran Əliyev 2019-2024-cü illərdə 297 min manatlıq bir hissəsini birbaşa özünə məxsus “TBC Bank” hesabına qəbul etməklə müxtəlif təşkilatlardan ümumilikdə 833 min manat məbləğində maliyyə vəsaiti alıb.

Məlumata görə, istintaq orqanlarının əlində sadalanan faktlar və alınan bütün maliyyə vəsaitləri, onların qanunsuz yollarla nağd şəkildə ölkəyə gətirilməsini təsdiqləyən bütün qəbz və sənədlər mövcuddur.

Görünən odur ki, özləri üçün rahat qazanc əldə etmək məqsədilə pulyuma mexanizmləri quran şəbəkənin ifşası bundan sonra hələ bir müddət də davam edəcək.

Banner
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 615 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 615 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 615 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 615 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 615 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 615 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 615 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 615 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 615 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 615 baxış
Seçilmişlər
icon