Pleyeri seçin:

“Artım başa düşüləndir, çünki...” - Kirayə evlər bahalaşdı | “Yüzdən çox ailə anidən...” - Baku TV

20 may 2026 504 baxış

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin birinci rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artıb. Artım 2026-cı ilin birinci rübü üzrə 5,7 % səviyyəsində olan inflyasiyanı üstələyib.

Bəs kirayə mənzil bazarında qiymətlərin yüksək templə artması nə ilə bağlıdır?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, Azərbaycanın kirayə mənzil bazarında faktiki olaraq çox ciddi şəkildə təklif azalması müşahidə olunur:

“Xüsusilə ucuz mənzillərdə təklif kəskin azalır, amma tələb yüksək olaraq qalır. O cümlədən bazara yeni, daha bahalı mənzil kütləsi çıxır. Yəni köhnə binalar sökülür, yerində yeniləri tikilir və həmin binalarda qiymətlər daha baha olur. Təbii ki, bu tendensiyalar bütün hallarda kirayə mənzil qiymətlərinin artımına gətirib çıxarır. Hesab edirəm ki, mənzil bazarındakı bu qiymət artımları anlaşılandır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, qiymətin artması tələblə yanaşı, kirayə mənzil bazarının investisiya alətinə çevrilməsi ilə bağlıdır:

“Mənzil alan vətəndaş əgər onu kirayə vermək istəyirsə, kirayə qiymətlərini bazara daha yüksək təklif edir. Çünki mənzillərin qiymətləri artdığı üçün həmin ödədiyi məbləğin daha tez bir müddətdə geri qaytarılmasını təmin etmək məqsədilə kirayə qiymətlərinin artırılması baş verir”.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 504 baxış
Seçilmişlər
icon