ASAN xidmət İnsan Resursları və İdarəetmə Forumu keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilib.
Forumda ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış edib və ölkəmizdə son illər yaradılan yeniliklərdən, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Daha sonra ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, ümumilikdə Foruma 300-dən çox müxtəlif dövlət və özəl müəssisələrdə çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssislər və idarəçilərdən ibarət 500-ə yaxın şəxs qatılıb.
#ASAN xidmət teqi istifadə olunub
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Laos Prezidenti “ASAN xidmət”də | “Bu fəaliyyəti yüksək qiymətləndirirəm, arzumdur ki...” - Baku TV
- Azərbaycan təcrübəsi bu dəfə Karib hövzəsinə ixrac olunur - Baku TV
- Dünyanın diqqətini çəkən "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? - Baku TV
- "ASAN Könüllüləri" üçün hansı şans qapıları açılır? - "Minlərlə könüllü artıq..." - Baku TV
