Aşıq sənətinə həsr edilən konsert keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Ümidindən, arzusundan dönməyən Vətəndən Vətənə” adlı konsert keçirilib.
Tədbir qərbi azərbaycanlıların yurd sevgisini, soykökünü əks etdirən aşıq musiqilərinə həsr olunub.
Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri Əziz Ələkbərli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova aşıq sənətinin sehrini yaşadan tədbirdə ürək sözlərini bildiriblər.
“Arzu edirik ki, nə vaxtsa Qərbi Azərbaycan İcması İrəvanda yerləşəcək. Qərbi azərbaycanlılar da öz əzəli torpaqlarına qayıdacaqlar”, – deyə Ceyran Mahmudova qeyd edib.
Tədbirdə incəsənət xadimləri Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Talıb kimi aşıq sənətinin parlaq nümayəndələrinin sözlərinə həsr olunan musiqilər ifa ediblər.
Soydaşlarımız öz doğma torpaqlarından, Aşıq məktəbinin beşiyi sayılan Qərbi Azərbaycandan uzaq düşsələr də, bu gün də füsunkar sənəti yaşatmaqdadırlar.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
