Pleyeri seçin:
Atamla anam onun dərdindən öldü | Qalıqları tapılan şəhid Namiq Cəfərovun bacısı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovla Saatlı şəhərində vida mərasimi keçirilib.
Şəhidin nəşi Saatlı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Şəhidlər xiyabanında qara daşını öpürdüm. Amma artıq məzarını ziyarət edə biləcəyəm”, – şəhidin bacısı deyib.
Qeyd edək ki, Namiq Balaxan oğlu Cəfərov 1973-cü il avqustun 9-da Saatlı şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunda itkin düşüb.
Kopyalandı
