"Atası ilə danışdı ki, niyə narahatsınız?" | Elşad Cəfərovun qəhrəmanlıq hekayəsi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Hələ uşaqlıq illərindən torpaqlarımızın işğaldan azad olunacağı ümidi ilə yaşayıb. Vətən uğrunda doğmalarını itirib. Onların qisasını almaq üçün könüllü olaraq döyüşlərə qatılıb. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edib və qəhrəmancasına şəhid olub.
Füzulinin Zobucuq qəsəbəsində qəhrəman şəhid Elşad Cəfərovun əziz xatirəsi yad edilib.
Şəhidin anası Solmaz Cəfərova övladının Vətənə bağlılığından, döyüş yolundan və onunla son görüşlərindən danışıb.
“Könüllü gedib 44 günlük müharibədə iştirak etdi. Ondan sonra üç il təlimlərdə olub. Sentyabrın 18-i evə gəldi, hamımızla görüşdü. Ayın 19-u getdi. Səhər saatlarından atışma başladı. Axşam 5-də atası ilə danışdı. Bircə kəlmə dedi ki, niyə narahatsınız? Ondan sonra səsi gəlmədi. Hiss etdik ki, nəsə baş verib. Sentyabrın 20-də şəhid olduğunu eşitdik.
Çox vətənpərvər idi. Əmisinin şəklinə baxanda həmişə deyirdi ki, əmim mənə nəsə deyir. Getdi, onların da qisasını aldı. Fəxr edirəm ki, bütün çətinliklərə baxmayaraq, belə bir oğul böyütmüşəm. Elə bilirəm ki, yanımdadır, hər dəqiqə qapıdan içəri girəcək”, – şəhidin anası Solmaz Cəfərova deyib.
#Antiterror tədbirləri teqi istifadə olunub
- 21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV
- 23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV
- Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
