Pleyeri seçin:

Güclü yağış, külək və dolanbac yollar | "JAECOO 7 SHS-P" rekord sınağından necə çıxdı? - Baku TV

27 noyabr 2026 147 baxış

Beynəlxalq avtomobil bazarında mövqeyini sürətlə gücləndirən “JAECOO” daha bir mühüm nailiyyətə imza atıb.

“JAECOO 7 SHS-P” modeli Böyük Britaniyada keçirilən “National Three Peaks Challenge” sınağı çərçivəsində hər 100 kilometrə cəmi 4,11 litr orta yanacaq sərfiyyatı nümayiş etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

2026-cı il sentyabrın 19–20-də keçirilən sınaq Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirən 756 kilometrlik marşrutu əhatə edib. Magistral, kənd və dolanbac dağ yollarından keçən avtomobil güclü yağış və külək şəraitində hibrid texnologiyasının yüksək enerji səmərəliliyini nümayiş etdirib.

Sınaq heç bir xüsusi texniki dəyişiklik edilməmiş, seriya istehsalı olan “JAECOO 7” modeli ilə həyata keçirilib. Avtomobilin yanacaqdoldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib. Yürüş məlumatları isə “Webfleet” platforması vasitəsilə qeydə alınıb.

Əldə olunan nəticə “Guinness World Records” tərəfindən rəsmən təsdiqlənib. Beləliklə, avtomobil “National Three Peaks Challenge” marşrutunu tamamlayan SUV modelləri arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekorduna imza atıb.

Texnoloji nailiyyətlərlə yanaşı, “JAECOO” Böyük Britaniyanın avtomobil bazarında da lider mövqeyi ilə seçilir. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) məlumatına əsasən, “JAECOO 7” sentyabr və oktyabr aylarında ardıcıl olaraq ölkənin ən çox satılan yeni avtomobili olub.

2026-cı ilin ilk 10 ayında 42 885 qeydiyyatla model ölkə üzrə ən çox satılan avtomobillər siyahısında ikinci pillədə qərarlaşıb.

Üç il ərzində bir milyon avtomobil satışına nail olan və dünyanın 79 bazarında təmsil olunan “JAECOO” innovativ mühəndislik həlləri ilə yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirərək qlobal mövqeyini gücləndirməkdə davam edir.

Qeyd edək ki, “JAECOO” brendinin Azərbaycandakı rəsmi distribütoru “I Motors” MMC avtomobillərin rəsmi satışını, 7 il və ya 200 000 kilometr rəsmi zəmanət təminatını, eləcə də satışdan sonrakı rəsmi servis xidmətlərini həyata keçirir. 

Banner
"Atası ilə danışdı ki, niyə narahatsınız?" | Elşad Cəfərovun qəhrəmanlıq hekayəsi - Baku TV

"Atası ilə danışdı ki, niyə narahatsınız?" | Elşad Cəfərovun qəhrəmanlıq hekayəsi - Baku TV

Cəmiyyət
27 noyabr 2026 154 baxış
"Mənim 11 övladım oldu" | Masallı sakininin qeyri-adi həyat hekayəsi - O VAXTLAR

"Mənim 11 övladım oldu" | Masallı sakininin qeyri-adi həyat hekayəsi - O VAXTLAR

Cəmiyyət
27 noyabr 2026 174 baxış
Azərbaycanda taxtanın qiymətindəki kəskin artımın səbəbi nədir? - Baku TV

Azərbaycanda taxtanın qiymətindəki kəskin artımın səbəbi nədir? - Baku TV

Cəmiyyət
27 noyabr 2026 142 baxış
Əhaliyə xəbərdarlıq | Sabah bizi sərt hava gözləyir, yoxsa...? - Baku TV CANLI

Əhaliyə xəbərdarlıq | Sabah bizi sərt hava gözləyir, yoxsa...? - Baku TV CANLI

Cəmiyyət
27 noyabr 2026 138 baxış
Məktəblilər Qərbi Azərbaycanın tarixi irsini maketlərdə canlandırdılar - Baku TV

Məktəblilər Qərbi Azərbaycanın tarixi irsini maketlərdə canlandırdılar - Baku TV

Cəmiyyət
27 noyabr 2026 113 baxış
Axtarışda olan Əlihüseyn Hüseynov Firuzə Cəlilovanın bağ evinə necə gəlib? - Baku TV CANLI

Axtarışda olan Əlihüseyn Hüseynov Firuzə Cəlilovanın bağ evinə necə gəlib? - Baku TV CANLI

Cəmiyyət
27 noyabr 2026 118 baxış
"Nə qədər demək olar ki, gəl, kömək et" | Sakin əlilliyinin düzgün təyin olunmamasından narazıdır

"Nə qədər demək olar ki, gəl, kömək et" | Sakin əlilliyinin düzgün təyin olunmamasından narazıdır

Cəmiyyət
27 noyabr 2026 108 baxış
“Səhərlər lap dəhşət olur!” | Zabratdakı çuxurlar sürücüləri bezdirdi | “Əziyyət çəkirik” - Baku TV

“Səhərlər lap dəhşət olur!” | Zabratdakı çuxurlar sürücüləri bezdirdi | “Əziyyət çəkirik” - Baku TV

Cəmiyyət
27 noyabr 2026 100 baxış
Çəkilişimizdən sonra sürücülərin dərdinə çarə tapıldı, bəs piyadaların günahı nədir?

Çəkilişimizdən sonra sürücülərin dərdinə çarə tapıldı, bəs piyadaların günahı nədir?

Cəmiyyət
27 noyabr 2026 97 baxış
100 tondan çox bal satışda | Bal yarmarkasında qiymətlər necədir? - Baku TV

100 tondan çox bal satışda | Bal yarmarkasında qiymətlər necədir? - Baku TV

Cəmiyyət
27 noyabr 2026 112 baxış
Seçilmişlər
icon