Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın məşhur "Əndican rəqsi" dünyada milli rəqsin ən kütləvi ifası kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Əndican şəhərində keçirilən tədbirdə 20 min nəfər eyni vaxtda bu rəqsi ifa edib.
"Əndican rəqsi" sürətli tempi və ifadəli əl hərəkətləri ilə seçilən özbək xalq rəqsi, eləcə də eyniadlı musiqi melodiyasıdır. Əvvəllər əsasən kişilər tərəfindən ifa olunan bu rəqs zamanla qadınlar arasında da geniş populyarlıq qazanıb.
Rekord sayda iştirakçı rəqsi Əndican şəhərində yerləşən Babur Arena stadionunda ifa edib. Rəqsin kütləvi ifası Əndicanın 2026-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə eyni dövrə təsadüf edib.
Ginnes Rekordları təşkilatının rəsmi nümayəndəsi prosesi şəxsən izləyib və tədbirin bütün tələblərə uyğun keçirildiyini təsdiqləyib. Bunun nəticəsində rekord rəsmi şəkildə qeydə alınıb.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
