"Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
Özbəkistanın Səmərqənd şəhərində uşaqların rifahına sərmayə qoyuluşuna həsr olunan beynəlxalq sammit öz işinə başlayıb.
Tədbir Özbəkistan Respublikası Prezidentinin yanında Milli Sosial Müdafiə Agentliyinin, Səhiyyə Nazirliyinin, Məktəbəqədər və Məktəb Təhsili Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sammit BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının iştirakı ilə təşkil olunub.
Dünyanın 100-dən çox ölkəsindən 600-dən artıq iştirakçının qatıldığı 2 günlük tədbirdə dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, uşaq hüquqlarının müdafiəçiləri və ekspertlər iştirak edirlər.
Sammitdə uşaqların hərtərəfli inkişafı, təhsili, sağlamlığı və sosial müdafiəsi üçün investisiyaların artırılması, eləcə də uşaqlarda xərçəng xəstəliyinin erkən diaqnostikası və müalicəsi məsələləri müzakirə olunur.
#Özbəkistan teqi istifadə olunub
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
- Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM
- Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV
