Avtomobil Yolları Dövlət Agentliyindən yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi” yenidən təşkil olunub.
Agentlikdə mövcud “Qaynar Xətt”in fəaliyyəti tələblərə cavab vermirdi. Bu səbəbdən işin təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranıb.
Daha bir yenilik “QR kod”un yaradılması və tətbiqi ilə bağlıdır. “QR kod”un ölkə ərazisində yerləşdirilən məlumatverici və təmir işləri icra olunan ərazilərdəki lövhələrdə, həmçinin agentliyin rəsmi blank, sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır.
Qeyd edilib ki, “QR kod” məlumatlılığın artması və əlçatanlığın asanlaşdırılmasında böyük rol oynayacaq.
