Pleyeri seçin:

“Ay xanım, sizə nə lazımdır axı?!” | Vətəndaşın torpağını kim zəbt edib? - Baku TV

28 iyul 2026 272 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş İbad Adıgözəlov iddia edir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərazidə ona və ailəsinə məxsus 30 sot torpaq sahəsi qanunsuz şəkildə başqasına satılıb.

Onun sözlərinə görə, ailəsi bu torpağı 2006-cı ildə Masazır bələdiyyəsindən rəsmi ödəniş etməklə alıb. Lakin bir müddət sonra əraziyə gəldikdə hasarlarının söküldüyünü və həmin sahədə ona, eləcə də dayısı oğluna məxsus torpaqda təməl işlərinin aparıldığını görüblər.

İbad Adıgözəlov bildirib ki, torpaq sahəsi ilə bağlı sənədlər arxivdən də əldə olunub:

“2006-cı ildə bu torpaq sahəsi Masazır bələdiyyəsinin razılığı ilə, dövlət rüsumu ödənilməklə bizə satılıb. Əlimizdə sənədlər də var. İndi isə Elşən adlı bir makler bu əraziyə sahib çıxdığını deyir. Bildirir ki, bələdiyyəyə pul verib bu yeri alıb və ərazi ona məxsusdur. Mən istəyirəm ki, bu məsələ araşdırılsın. Bələdiyyə bizim adımıza olan torpaq sahəsini necə başqa şəxsə sata bilər? Hazırda həmin ərazi bir neçə hissəyə bölünərək digər vətəndaşlara da satılıb”.

Torpağa sahib olduğunu bildirən Elşən Nəbiyev isə iddialarla razılaşmayıb. O, əraziyə dair çıxarışının olduğunu deyib:

“Torpaq 1992-ci ildən hərraca çıxarılıb. Satılıb, biz də almışıq”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.

Banner
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 272 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 272 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 272 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 272 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 272 baxış
Seçilmişlər
icon