Pleyeri seçin:
Azərbaycan tarixinin ən böyük əfv sərəncamının icrasına başlanıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamının icrasına başlanılıb.
Qeyd edək ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixində qəbul edilən ən böyük əfv aktıdır. Sənədə əsasən, 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Kopyalandı
#Əfv sərəncamı teqi istifadə olunub
- Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV
- Ehtiyatsızlıqdan etdim... | Naxçıvanlı məhkum sevincini Baku TV ilə bölüşdü
- Əfv olunan şəxslər ailələrinə belə qovuşdu | Duyğulandırıcı anlar
- Əfv sərəncamı icra olundu | Azadlığa buraxılanların sayı açıqlandı
- Mayda əfv sərəncamı olacaq? - Komissiya üzvü məsələyə aydınlıq gətirdi
