Azərbaycana casusluq üçün göndərilən şəxs həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 29 yaşlı Ghaedi Mohammad Najaf oğlunun Azərbaycan ərazisində casusluq cinayət əməllərini törətdiyinə əsaslı şübhələr müəyyən edilib.
Toplanılan çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə istifadə etmək üçün məlumatları toplaması və verməsi müəyyən edilib.
O cümlədən Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.
Ghaedi Mohammad Najaf oğlu Cinayət Məcəlləsinin 276-ci, yəni casusluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
