Pleyeri seçin:

Azərbaycanda od çərşənbəsi qeyd olunur

05 mart 2024 560 baxış

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Bu, Novruz bayramı ərəfəsində keçirilən 2-ci çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət də o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Banner
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 560 baxış
Seçilmişlər
icon