Pleyeri seçin:

Azərbaycanda pensiya yaşı azaldılacaq?

05 sentyabr 2023 197 baxış

Pensiya yaşının azaldılması Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biridir.

“Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliyə görə, kişilərin pensiyaya çıxma yaşı 2021-ci ildən 65-ə yüksəlib. Qadınlarda isə təqaüd yaşının 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulub. Yəni bu tarixdən qadınlar da kişilər kimi 65 yaşında pensiyaçı olacaqlar. Əvvəllər isə kişilər 63, qadınlar 60 yaşında təqaüdə çıxırdılar. Qanunvericiliyə görə, hər bir pensiyaçının orta hesabla 12 il ödəniş alacağı nəzərdə tutulur. Bu da o deməkdir ki, 65 yaşında təqaüdə çıxan şəxs 77 yaşına qədər ömür sürməlidir ki, pensiya kapitalında topladığı vəsaiti tam ala bilsin.

İqtisadçı Xalid Kərimli deyir ki, Azərbaycanda pensiya yaşı Avropa ilə eynidir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı 65-dir. Amma Azərbaycanda insanların orta ömür müddəti Avropa və Qərb ölkələri ilə müqayisədə aşağıdır. Əgər Qərb ölkələrində anadan olanda gözlənilən ömür müddəti 80-nin üzərindədirsə, Azərbaycanda bu rəqəm hazırda 73,6 yaşdır”.

Ekspertin sözlərinə görə, insanlar orta hesabla 9 il pensiya alsalar da, onlara 12 il ərzində ödənişin verilməsi nəzərdə tutulub. Bu da pensiya məbləğinin aşağı olmasına gətirib çıxarır. Xalid Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən bildirib ki, Azərbaycanda əhalinin orta ömür müddəti 2035-ci ildə 78 yaşa çatacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov isə qadınların pensiya yaşının 63-də saxlanılmasını təklif edir: “Qadınların xüsusən də pensiya yaşında sosial təminata daha çox ehtiyacı var. Ona görə də qadınlarla kişilər arasında pensiya yaşının fərqləndirilməsi, onlar üçün daha tez təqaüdə çıxma imkanının yaradılması məqsədəuyğun olardı. Eyni zamanda bəzi inkişaf etmiş ölkələrdə qadınların kişilərlə müqayisədə daha az əməkhaqqı almasını nəzərə alaraq təqaüdə çıxan zaman onların pensiya kapitalı xüsusi əmsallara vurulur. Biz də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsini təklif edirik”.

Vüqar Bayramov bildirib ki, dünya təcrübəsində pensiya yaşı müxtəlifdir. Ölkələrin pensiya ilə bağlı ortaq cəhəti isə kişilərlə qadınların təqaüd yaşının fərqli olmasıdır.

Banner
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 197 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 197 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 197 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 197 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 197 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 197 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 197 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 197 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 197 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 197 baxış
Seçilmişlər
icon